Müğənni Röya Ayxan konsertində yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstə "Ona nə var ki?" adlanır.
Qeyd edək ki, "Ona nə var ki? mahnısının sözləri və musiqisi son zamanlar ən hit mahnıların müəllifi Murad Arifə məxsusdur.
Ona nə var ki? Ona asandır!
Öncə sevdi, Aşiq etdi,
Sonra unutdu...
Ona nə var ki? Ona asandır!
Mən isə öldüm, ürək ovuldu
Necə vuruldum...?!
* * *
Yalnızlıq, içimi parça-parça eləyir,
O məni gunahkar hesab edir,
Mən isə həsrətiylə yanıram, Dəli kimi!
Yalnızlıq, bu sevgiyə məni peşman edir,
Bəlkə də ayrılığa sevinir,
Mən isə ümidlərlə qalıram, Dəli kimi...
* * *
Ona nə var ki? O unudandır..
Sözləriylə, sevgisiylə...bir yalandır!
Mənə çətindir, mənə əzabdır...
Yetər ki, gəlsin! Yanımda olsun! Hər şey tamamdır...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB