Bu gün əməkdar artist Məhəbbət Kazımov son mənzilə yola salınıb. SİA-nın verdiyi xəbərə görə, mərhum sənətkarın vida mərasimi öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıb. Dəfn mərasimində müğənninin "Laçınım" mahnısı səsləndirilib.
Daha sonra M. Kazımovun cənazəsi Xırdalan qəbristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Məhəbbət Kazımovu son mənzilə yola salan zaman sənətçi Yusif Mustafayevin vəziyyəti pisləşərək huşunu itirib.
Allah rəhmət eləsin!




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB