Müğənni Kərim Abbasovun başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçının avtomobilini əziblər.
Avtomobilinin əzilməsini üzüntü ilə dilə gətirən Kərim bu sözləri deyib: "Xalq artisti Aygün Kazımovanın ad günü mərasimindən çıxan zaman inanılmaz halla qarşılaşdım. Həmin gün çox əylənsəm də, günün sonunda əyləncəm burnumdan gəldi. Belə ki, kamaz avtomobilimi saxladığım yerdə vuraraq tanınmaz vəziyyətə salıb".
Qeyd edək ki, Kərim Abbasov 90 VF 164 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobili idarə edir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB