"Mən Fərda kimi efirdə yox, tarixdə qalmaq istəyirəm”

"Mən Fərda kimi efirdə yox, tarixdə qalmaq istəyirəm”

Sevilən aktyor Fərda Xudaverdiyev yeni filmini çəkməyi planlaşdırır. Özünə hələ ki, rəqib tanımayan aktyor hətta, başqa yerli aktyorların filmlərinə baxıb ürəkdən gülmək istədiyini də SİA-ya açıqlayıb: "Şükürlər olsun ki, "Ögey ata" filmim gözlədiyimdən də çox uğurlu oldu. Amma yenə də dayanmadan çalışmaq lazımdır. Hər zaman deyirəm ki, buyurun mən işimi gördüm, daha maraqlı və gülməli bir iş ərsəyə gətirə bilirsinizsə, mən də sevinərəm. Axı mən də nəyisə izləyib ürəkdən gülmək istəyirəm. Elə film yazın ki, sadəcə 1 cümlə ilə: "Mən bu işlə heç kimin bacarmadığı ilkə imza ataraq Fərdə Xudaverdiyevi kölgədə qoyacam" söyləsin. Hər zaman məqsədim bir olub. Mən Fərda kimi efirdə yox, tarixdə qalmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə