Bahar Lətifqızı: “Hərəkətsiz bədənini görəndə özümü itirdim”
Müğənni Bahar Lətifqızı dünyasını dəyişən tanınmış müğənni, əməkdar artist Məhəbbət Kazımovdan danışıb. O, SİA-ya açıqlaması zamanı hələ də əməkdar artistin ölümünə inanmadığını dilə gətirib: "Maşın idarə edirdim. Radioda eşitdim ki, Məhəbbət Kazımov dünyasını dəyişib. İnanmadın, zəng vurub məlumatın doğru olub-olmadığını öyrəndim. Xəbərin doğru olduğunu öyrənəndə, göz yaşlarımı saxlaya bilmədim. Daha sonra evlərinə getdim və onun hərəkətsiz bədənini görəndə özümü itirdim. Məhəbbət müəllimə mənim həm bir insan, həm də böyük sənətkar kimi böyük hörmətim var idi və elə də qalacaq. O, əvəzolunmaz səs sahibi və müdrik insan idi. Axırıncı dəfə 4-5 gün öncə görüşmüşdük. Məni qucaqlayıb dedi ki, qızım əsas canının sağlamlığını qoru. Səsi qulağımdan hələ də getməyib. Allah rəhmət eləsin, ailəsinə və doğmalarına səbr versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB