Bu gün müğənni Rəqsanə İsmayılova və qardaş ölkənin sənətçisi Tuğba Ekinci media nümayəndələrini başına yığaraq yeni duetlərini təqdim ediblər. SİA-nın məlumatına görə, mərasimdə əməkdar artsit Firuzə İbadova, müğənnilər Lamiyə Novruzova, Vüqar, teleaparıcı Sərxan Kərəmoğlu, Mehin və başqaları iştirak ediblər.
Tədbirdə Rəqsanə və Tuğba birlikdə "İnanımmı" mahnısını oxuyaraq zalda əyləşənləri öz ifaları ilə heyrətləndiriblər. Mahnı haqda öz fikirlərini bildirən sənətçilər bir-birilərindən olduqca razı qaldıqlarını dilə gətiriblər: "Rəqsanə xanımla birgə "İnanımmı" mahnısı studiyada cəmi 4 saat ifa etdim. Oxuduqdan sonra bu mahnıya Zöhrab Ağayev klip çəkdi. Onu da deyim ki, burda mənə Türkiyədən daha çox hörmət edirlər. Nəzətinizə çatdırım ki, azərbaycanlı sənətçilərdən Röya, Aygün Kazımovanı tanıyıram. Ancaq düşünmürəm ki, Röya və Aygün Kazımova ilə duet oxuyum. Çünki Rəqsanə xanımı çox bəyəndim və onun repertuarında olan "Gedirəm", "Yuxumda" bəstələrinə müraciət edəcəm".
Mərasimdə söz alan Rəqsanə də Tuğba Ekinci haqda fikirlərini bildirib: "Mən Azərbaycanda Tuğbaya prodüserlik edirəm. Onun çox gözəl səsi və ürəyi var. Sabah Moskvaya səfər etdiyim üçün, mənim ifamda bəyəndiyi mahnıları tezliklə lentə aldıra bilməyəcəyik. İnşaallah, Moskvadakı işlərimi bitirdikdən sonra Türkiyəyə gedib, orada Tuğba ilə birgə duet oxuyacam".
Daha sonra türkiyəli sənətçi mahnılarını ifa edərək rəqsləri ilə zalda əyləşənləri əyləndirib.
Qeyd edək ki, mərasim yerli sənətçilərin ifaları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB