Əməkdar artist Məhəbbət Kazımov bu gün evində dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, müğənni epilepsiyadan (sudurğa) vəfat edib. Sənətkar təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirdi.
Nəzərinizə çatdıraq ki, 3 gün bundan öncə əməkdar artistin ömrünə 3 gün qalacağı haqda xəbər yayılmışdı. Mərhum isə xəbəri təkzib edərək yaşamaq istədiyini bildirmişdi.
Qeyd edək ki, mərhum Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB