Dünya ulduzu Bakıya gəlir

Məşhur müğənni Mark Entoni Bakıda konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçinin konserti may ayının 23-də "Baku Crystal Hall"-da həyata keçəcək. Bu, Mark Entoninin ilk dünya turu olacaq.

Nəzərinizə çatdıraq ki, dünya ulduzu müğənniliklə yanaşı, aktyorluğu da bacarır.

Qeyd edək ki, Mark Entoni məşhur müğənni Cennifer Lopezlə evli olub. Cütlüyün əkiz övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə