Müğənni Səbinə Babayeva həmkarı Rəqsanədən geri qalmayaraq həmkarlarına mahnı verəcək. Bu haqda SİA-ya açıqlama verən Səbinə bəstələrini sənətçilərə pulsuz verəcəyini söyləyib: "Bəzi sənətçilər bir-biriləri ilə qalmaqal edərək düşmən olurlar. Ancaq mən sənət dostlarımı birgə olub, mehribançılığa səsləyirəm. Odur ki, təmannasız olaraq ifaçılara mahnılarımı verəcəm. Bildiyimə görə, Rəqsanə də müğənnilərə bəstələr bağışlayır. Məncə bu, çox yaxşı haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB