Roza Zərgərli bu vəziyyətdə lentə alındı

Roza Zərgərli bu vəziyyətdə lentə alındı

Müğənni Roza Zərgərli "Uç-Kudik" qrupun rəhbəri Ziyed İşanxocayevlə birgə ifa etdiyi "Sən və Mən 2014" mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, ekran işinin birinci hissəsi Daşkənddə Hollivud rejissoru, klipmeyker Baxodır Yuldaşev tərəfindən, klipin ikinci hissəsini isə Azərbaycan rejissoru Elşən Babayev tərəfindən çəkilib. Obraz üzərində modelyer Gülnarə Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə işləyiblər. Roza Zərgərli həmçinin bu mahnını solo versiyasında Azərbaycan dilində oxumağı planlaşdırır.

Qeyd edək ki, yaxın vaxtlarda klipin təqdimatı baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə