Müğənni Əbdül Xalidin səsyazma studiyasını bağlayıblar. Bu haqda SİA-ya açıqlma verən sənətçi məsələyə görə çox təəsüfləndiyini deyib: "Studiyamı məhkəmə yolu ilə əlimdən aldılar. Bu məkan uzun illərdir, fəaliyyət göstərirdi. Əslində, buranı mən açmamışdım. Yaxın dostum açıb mənə istifadəyə vermişdi. Orada bütün mahnılarım təmənnasız yazılırdı. Bu hadisə mənə pis təsir etdi, yaradıcılıq işlərimə ara vermişdim. İndi yeni studiya açmağa hazırlaşıram. İşlərin bir hissəsi tamamlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB