Əcnəbi sənətçilər Azərbaycanı seçdilər

Əcnəbi sənətçilər Azərbaycanı seçdilər

Əcnəbi sənətçilər Azərbaycana gələcəklər. SİA-nın verdiyi xəbərə görə, konsert proqramı fevral ayının 14-də baş tutacaq. Həmin gecədə Almaniyada yaşayıb-yaradan müğənni Cansevər, Türkiyədən Özgür Alter, oriyental rəqs ifaçısı Samara paytaxtımızın qonağı olacaq. Bundan başqa yerli sənətçilərdən Niyam Səlami də sözügedən qonaqlarla eyni səhnəni paylaşacaq. Həmin gün bir çox gənc ifaçıların çıxışı da gözlənilir.

Qeyd edək ki "Sıla gecəsi" adlanan konsert Sayqa Cahidin təqdimatında "Romanca palace" da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə