Sənətçi 33 yaşını necə qeyd edəcək?

Sənətçi 33 yaşını necə qeyd edəcək?

Bu gün müğənni Samir Piriyev 33 yaşını qeyd edir. SİA-nın verdiyi xəbərə görə, sənətçi ad gününü həyat yoldaşı ilə birgə Dubayda qeyd edəcək. Samir Piriyevin həyat yoldaşı rejissor Anara Piriyevanın ad günü də bir gün sonra, yanvarın 25-dir. Doğum gününü Dubayda qeyd etmək fikri də məhz Anara tərəfindən gəlib.

Nəzərinizə çatdıraq ki, 33 yaşlı müğənni Azərbaycanı yetərincə Türkiyədə təmsil edərək bir çox ilklərə imza atıb. Sənətçi qardaş ölkədə klip də çəkdirib.

Qeyd edək ki, Samir Priyev yaxın vaxtlarda canlı orkestrla konsert proqramı ilə çıxış edəcək.

Biz də öz növbəmizdə sənətçini ad günü münasibəti ilə təbrik edir, uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə