Meyxana ifaçısı Üzeyir Mehdizadə media mənsublarını başına yığaraq yeni işini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, o, türkmən müğənnisi Enya ilə "Yadımdadır" adlanan duetə klip çəkdirib. Mərasimə əməkdar artist Səlim Abbasov, müğənnilərdən Emil Bədəlov, Rüfət Axundov, meyxanaçı Elşən Xəzər, reper Anar Nağılbaz, media mənsubları və digərləri təşrif buyurub. Sənətçi dostları onu təbrik edərək, uğurlar arzulayıblar.
Qeyd edək ki, Samir Xəttabın təşkilatçılığı ilə baş tutan gecənin aparıcısı Ramin İbrahimov olub.
Təqdimat mərasimi jurnalistlərin sualları ilə davam edib.
http://www.youtube.com/watch?v=fvVuGaHLkik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB