Müğənni Rəqsanə İsmayılova prodüser Anar Mədətovla işləməyə qərar verib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Anarla işləmək rahatdır. Onun insani keyfiyyətlərini bəyənirəm, həm də işini bilən peşəkardır. Anara qədər yanımda işindən razı qaldığım komandam olub. Anarla bu birliyi tamamladıq. Prodüserimin ideyasına əsasən, Moskvada rus dilində silsilə mahnılar yazılacaq. Bu məqsədlə bu ayın 28-i Moskvaya yola düşürük. Bəstələr mənim köhnə repertuarımdan seçilir. Hələlik "İnanımmı", "Bivəfa"nın adını çəkə bilərəm. Həmin mahnılara Moskvada söz yazılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB