“Ucuz qalmaqal edən sənətçilərdən iyrənmişəm”

“Ucuz qalmaqal edən sənətçilərdən iyrənmişəm”

İstedadlı və gənc müğənni Kamil Cəfərov şou-biznes nümayəndələrindən söz açaraq onlardan uzaq gəzdiyini dilə gətirib. İfaçı SİA-ya açıqlaması zamanı xalqın sevimli sənətçisi olmaq istədiyini də deyib: "Zarafatcıl və pozitiv insan olsamda, ciddiliyə çox üstünlük verirəm. İfaçılıq fəaliyyətinə başladığım ilk gündən şou-biznes nümayəndələrindən kənar gəzmişəm. Hətta tamaşaçı kimi televiziya qarşısına keçərək onları izlədikdə ucuz qalmaqal edən sənətçilərdən iyrənmişəm. Odur ki, hər zaman istəmişəm ki, dava-dalaşla yox, yaradıcılığımla məni bəyənənləri sevindirim. Əsas istəyim xalqın sevimli sənətçisi olmağımdır".

Qeyd edək ki, Kamil Cəfərov yaxın vaxtlarda ilk dəfə olaraq duet oxuyub sevənlərinə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə