Daha bir müğənni burnunu əməliyyat etdirdi

Daha bir müğənni burnunu əməliyyat etdirdi

Türkiyəli sənətçi Çelik əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, nəfəs almaqda çətinlik çəkən ifaçı burnunu əməliyyat etdirib. Hazırda həkim nəzarətində olan Çelik ilk dəfə rahat nəfəs ala bildiyi üçün sevinir: "Nəfəs ala bilmədiyim üçün gecələr tez-tez oyanırdım. Səhər isə özümü yorğun və əzgin hiss edirdim. 20 ilim bu şəkildə keçib. Nəhayət, sağlam həyatıma qovuşdum".

Bütün xəbərlər Facebook səhifəmizdə