Deyilənlərə görə, xanəndələr İlahə İbadova və Gülay Zeynalova küsüblər. Bu haqda SİA-ya danışan İlahə xəbəri təkzib edib: "Gülay və mən bir-birimiz haqqında xoşagəlməyən ifadə işlətməmişik. Bu günə qədər dost olmuşuq. Bundan sonra da belə olacaq. Konservatoriyada təhsil aldığımız illərdən bir-birimizi tanıyırıq. Hər ikimiz ayrı-ayrı vaxtlarda özündən müştəbeh insanlar haqqında danışmaqla, ümumi fikir bildirmişik. Amma Gülayla mənim dostluğumuza nöqtə qoyduğumuz zənn edilib. Gülay da öz növbəsində efirdə mənimlə münasibətinin hər zaman normal olduğunu açıqlayıb. Odur ki, biz küsülü deyilik".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB