Namiq Qaraçuxurlu polisə çağrılıb

Namiq Qaraçuxurlu polisə çağrılıb

Hər həftə maraqla izlədiyiniz "Toy gecəsi" serialında Murad obrazını canlandıran Namiq Qaraçuxurlu Səbinəylə birlikdə güclü alovun içində yandırılan evdə son anda qurtulur və bıçaqlanan Elnurun ifadəsinə əsasən polis şöbəsinə dəvət edilir. Şəxsi həyatında da kifayət qədər problemlər olan Murad nişanlısı Aydanı Zaurla yaxalayır. Aydanla mübahisələri pik həddə çatan vaxt ona polisdən zəng gəlir. Əgər günahsızlığını sübut edə bilməsə, onu həbs edə bilərlər. Digər tərəfdən, Gülya Kərimə Aslanın Cəlili öldürdüyünü bildirir. Kərim bu xəbəri atasına çatdırandan sonra təşvişə düşən Aslan vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Sonda o, Gülyanı zəhərlədərək öldürmək qərarına gəlir. Amma Aslan özü öz qurduğu tələyə düşür.

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" serialının 16- cı bölümünü bu gün axşam saat 19:00-da, ATV kanalında izləməyi unutmayın.

Bütün xəbərlər Facebook səhifəmizdə