Müğənni Leyla Ramazanlı yeni mahnısını dinləyicilərə təqdim edib. Bu barədə SİA-ya Leyla Ramazanlının özü məlumat verib: "Uzun zamandır "Gözlədim" mahnının yekunlaşmasını arzulayırdım. Artıq yeni bəstəm tam olaraq hazırdır. Mahnıya tez bir zamanda klip də çəkdirəcəm. Onu da deyim ki, tezliklə "Unut" adlı mahnıma çəkilən klipi də tamaşaçılara təqdim edəcəm".
Qeyd edək ki, "Gözlədim" mahnısının musiqisi Pərviz Mahmudova, sözləri şairə Leyli İsrafilovaya, aranjimanı isə Elvin Musayevə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə