Müğənni Sevinc Musayeva arıqlamağının sirrlərindən söz açıb. Bu haqda SİA-ya danışan sənətçi əsasən portağalla qidalandığını deyib: "Uzun müddət 72-75 kq çəkidə olduğum üçün dostlarım mənə "toppuş" deyirdilər. Mən isə 20 kilo arıqlayıb bu ləqəbi üzərimdən götürə bildim. Milli mətbəximizə biganə qala bilmirəm, son günlər 2 kilo kökəldiyimi hiss etdim. Dərhal yeni pəhrizə başladım. 55 kq olanda, hiss eləyirdim ki, üzüm çox arıqlayıb, mənə yaraşmır. Bu dəfə bir qədər yüngül və faydalı olanı köməyimə gəldi. Xəsislik etmədən onu da publika ilə paylaşacam. Hər gün 6-7 ədəd portağal yeyirəm. Həm vitamindir, həm də çəkimi azaltmağa kömək edir. Səhər iki ədəd portağal yeyirəm. Sonrakı saatlarda çay, su qəbul edirəm. Günorta çox acanda, yüngül qida qəbul edirəm və yenidən iki portağal yeyirəm. Axşam da 2-3 portağalla günümü başa vururam. 2-3 həftə bu üsulla qidalanıb, 3 kq atmışam. Hazırda 56 kq çəkidəyəm. Bunu normal hesab edirəm".
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB