Müğənni Günay İbrahimli yenidən imtahan verməyə hazırlaşır. O, bu haqda SİA-ya açıqlama verərək magistraturaya hazırlaşdığını deyib: "İncəsənət Universitetinin "Estrada müğənniliyi" fakültəsində dördüncü kursda oxuyuram. Bitirdikdən sonra magistraturaya qəbul olmaq istəyirəm. Artıq hazırlaşmağa başlamışam. Çox iddialıyam. Kəsilsəm də, ruhdan düşməyəcəyəm".
Qeyd edək ki, Günay İbrahimli eyni zamanda Asəf Zeynallı adına musiqi məktəbinin də məzunudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB