Əməkdar artist Azərbaycanı tərk etdi

Əməkdar artist Azərbaycanı tərk etdi

Əməkdar artist Tünzalə Ağayeva Türkiyəyə yola düşüb. Bu haqda SİA-ya danışan Tünzalə bildirib ki, qardaş ölkəyə getməsinə səbəb "TRT Müzik" kanalında "Bir səsin cazibəsi" adlı verilişdə aparıcılıq etməsidir: "Hazırda Türkiyədə "Ankara Çengelhan Rahmi M Koç Müzes" mərkəzindəyəm. Səfərimin məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bildiyiniz kimi "TRT Muzik" kanalında 13 həftə aparıcılıq edəcəyəm. Veriliş efirdə yayımlandıqdan sonra bu barədə ətraflı məlumat verəcəyəm".

Qeyd edək ki, "TRT Müzik" kanalında "Bir səsin cazibəsi" adlı veriliş həftənin şənbə günləri Türkiyə vaxtı ilə saat 11:00-da yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə