Sənətçi həyat yoldaşına mahnı həsr etdi

Sənətçi həyat yoldaşına mahnı həsr etdi

Müğənni Səbinə Babayeva yeniliklərindən söz açıb. O, SİA-ya açıqlaması zamanı müəllifi olduğu mahnıya həyat yoldaşı Cavidanın klip çəkəcəyini deyib: "Yaxın vaxtlarda yeni mahnıma ekran işi verdirəcəm. Sözügedən bəstə "Eşq alovu" adlanır. Mahnının musiqisi mənimdir. Bu bəstəni həyat yoldaşıma həsr etmişəm. "Eşq alovu" adlanan mahnımı elə həyat yoldaşım Cavidanın özü lentə alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə