Snup Doq Bakıya gəlir

Dünya şöhrətli reper Snup Doq Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, "Dreamexe Production Baku" şirkəti rəsmi "Facebook" səhifəsində bildirilib. Qeyd olunub ki, dicey Tiestonun ləğv olunan konsertinin əvəzinə reperin paytaxtda çıxışı baş tutacaq: "Təxirə düşən konsertə bilet alan hər bir şəxsin pulu qaytarılacaq. Biletlərin geri qaytarılması tarixi fevralın 3-dən martın 2-nə kimidir. Bununla belə, siz biletləri özünüzdə saxlaya bilərsiniz. Şirkətimiz reper Snup Doqun konsertini təşkil edəcək. Həmin biletlər bu konsertdə keçərli olacaq".

Qeyd edək ki, Tiestonun Bakı konsertinin keçirilməməsinə səbəb diceyin ödənişini vaxtında ala bilməməsi olub. Şirkətin əməkdaşları onun qonorarını bank vasitəsilə göndərdiklərini bildirib. Bankda yaranan texniki problemlərə görə, pul vaxtında Tiestonun hesabına oturmamış və o, Bakı səfərindən imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə