Gitara ustası kimləri “yıxıb-sürüdü?”

Gitara ustası kimləri “yıxıb-sürüdü?”

Əməkdar artist, gitara ustası Rəmiş şou-biznes nümayəndələrini "ağ yuyub, qara sərib". O, qulağına sırğa taxan kişi müğənnilərini qınayıb. Bu haqda SİA-ya danışan gitara ifaçısı bəzi tədbirlərə çağrılmadığını da deyərək gileylənib: "Hazırda elə qadın sənətçiləri var ki, səhnəyə çıxaraq bədənlərini nümayiş etdirirlər. Şou-biznesin kişiləri isə qulaqlarına sırğa taxıb, özlərini camaata güldürürlər. Qulağında sırğa ilə gəzən insana sizcə kişi deyilə bilərmi? Ayıbdır. Bu kimi "ifaçılara" bütün dünya baxır. Onu da deyim ki, lazımı olmayan insanlar öndə, bizim ki, sənətkarlar isə geridə qalır. Bir çox tədbirlər var ki, məni dəvət etmirlər. Belə düşünürəm ki, artıq unuduluram".

Bütün xəbərlər Facebook səhifəmizdə