Əməkdar artist Tünzalə Ağayeva yeniliklərindən söz açıb. O, SİA-ya açıqlaması zamanı yaxın günlərdə Türkiyəyə yola düşəcəyini bildirib: "Bir neçə gündən sonra Ankaraya gedirəm. Orada albomum və mahnılarım işıq üzü görəcək. Sözügedən işlərim tam həyata keçdikdən sonra ətraflı məlumat verəcəm".
Müğənni Türkiyədə aparacağı veriliş haqqında da danışıb: "Bildiyiniz kimi, TRT Muzik kanalında "Bir səsin cazibəsi" verilişini aparmaq mənə həvalə olunub. Bu layihədən istifadə edərək türk sənətçilərinin mahnılarımızı anonim adı altında oxumaqlarının qarşısını alacam. Ümid edirəm ki, Azərbaycanı qardaş ölkədə layiqincə təmsil edə biləcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB