Müğənni Rəqsanə İsmayılovanın ifa etdiyi "İnanımmı" mahnısının bəstəkarı Hikmət Aslan müğənniyə mahnılarını oxumağa qadağa qoyub və bu barədə açıqlama verib. Müəllif "Rəqsanə mahnılarımı səsləndirərkən müəllifin adını çəkmir. "İnanımmı" mahnısında adım heç yerdə hallanmadı. Adamı görəndə salam da vermir".
Məsələ ilə bağlı Rəqsanənin də fikrini öyrəndik. SİA-ya danışan sənətçi bunları dedi: "Hikmət Aslanın mahnılarını illər öncə oxumuşam və bunun üçün bəstəkara qonorar ödəmişəm. Onun qadağa qoymasına görə qalmaqal etmək istəmirəm. Çünki dava-dalaşa səbəb olacaq heç bir səbəb yoxdur. Pulumu verib, mahnımı almışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB