Sevilən müğənni Röyanın Heydər Əliyev Sarayında üç gün konsert verəcəyi barədə xəbər vermişdik. Röyanın prodüsseri Kənan Bayramov SİA-ya konsertlə bağlı bəzi dəyişikliklər olduğu barədə məlumat verib: "Konsertə təlabatın çox olduğu üçün Röyanın "Mənəm" adlı solo konsertinin siyahısına daha bir gün əlavə olundu. Yəni Röya yanvarın 28, 29, 30 və 31-i saat 19:00-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Həmçinin biletlərin qiymətlərində də dəyişiklik olub. Belə ki, biletlər 20-150 manat arasında dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB