Azərbaycanda yaşayan türkiyəli tele-prodüser Cenk İçtenin yaxın vaxtlarda ailə quracağı barədə xəbər vermişdik. Bu haqda SİA-ya açıqlama verən Cenk İçten toyunun vaxtını deyib: "Fevral ayının 1-də bəylik kürsüsünə əyləşəcəm. Bildiyiniz kimi, ailə quracağım xanım aktrisa-model Minarə Allahverdiyevadır. Bakıda gerçəkləşəcək toy mərasiminə özəl qonaqlar dəvət olunacaq".
Qeyd edək ki, K. C. İçtenin gələcək həyat yoldaşı M. Allahverdiyeva hazırda Xəzər TV-də yayımlanan "Sənə inanıram" teleserialında Nərminə obrazını canlandırır.
Allah xoşbəxt eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB