Bu gün əməkdar artist Tünzalə Ağayeva media mənsublarını başına toplayıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk olaraq sənətçinin bu vaxtadək yaradıcılığında etdiyi uğurlardan hazırlanmış qısa video çarx nümayiş olunub.
Daha sonra jurnalistləri başına cəm edən Tünzalə TRT Muzik kanalında aparacağı "Bir səsin cazibəsi" verilişi haqqında danışıb: "Sözügedən layihəni ərsəyə gətirməyimizə səbəb Azərbaycan simasını qardaş ölkə də tanıtmaqdır. "Bir səsin cazibəsi" verilişi həftənin altıncı günləri, saat 22:30-da ekranlarınıza gələcək. Layihə 75 dəqiqədən ibarətdir. Məni 15 nəfər müşayət edəcək. Verilişimin ilk qonağının kim olduğunu surpriz edərək hələ ki, sizə açıqlamayacam. Onu da deyim ki, "Bir səsin cazibəsi" verilişi Azərbaycan kanallarının birində də yayımlanacaq. Xüsusi ilə qeyd edim ki, bir çox bəstələrimizi türkiyəli sənətçilər anonim adı altında ifa edirlər. Məndə öz layihəmlə bu halların qisməndə olsa qarşısını almağa çalışacam".
Tədbirdə söz alan modelyer Gülnarə Xəlilova Tünzalə Ağayevayla 11 ildir birgə çalışdığını diqqətə çatdırıb: "Tünzalə xanımla birgə işləmək çox maraqlı və məsuliyyətlidir. Yenə də çalışacam ki, "Bir səsin cazibəsi" layihəsində də əməkdar artisti paltarla təmin edə bilim".
Qeyd edək ki, sonda əməkdar artist Tünzalə Ağayeva jurnalistlərin bütün suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB