Teleaparıcı İlahə Nizamiqızının həyatında xoş hadisə yaşanır. SİA-ya açıqlama verən aparıcı bacısının toyuna hazırlaşdığını söyləyib: "Aprel ayının 4-də paytaxtın məşhur restoranlarından birində bacım Kəmalənin toyu olacaq. Məclisə şou-biznes nümayəndələrindən bir çox tanınmış simalar dəvətlidir. Ən əsası isə ən çox sevdiyim bacım olduğuna görə, mən tərəfindən bacıma özəl və unudulmaz surpriz olacaq. Toyun tərtibatı işini isə güvəndiyim dostum Zöhrab Ağayevə həvalə etmişəm. İnşaAllah toy arzuladığımız kimi keçər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB