Müğənni Manaf Ağayev "Ay Zaur" verilişinin aparıcısı Zaura canlı yayımda qarğış edib. Bu haqda SİA-ya danışan Manaf bəy bunları deyib: "Zaur nə vaxt evimi çəkirsə, gözə gəlirəm. Maşınım əzildi, oğlum qəza keçirdi. Mən də efirdə ona zarafatla "Allah bəlanı versin, kim evinin dağılmasını istəyirsə, Zaur onun evində çəkiliş etsin" dedim. Ancaq hazırda Zaurla çox gözəl münasibətim var. Onu da nəzərinizə çatdırım ki, bundan sonra evimdə çəkiliş edilməsinin əleyhinəyəm".
Qeyd edək ki, Manaf Ağayev bəzi həmkarlarından fərqli olaraq kimsəsiz və maddi baxımdan ehtiyacı olan insanlara əl tutan sənətçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB