“Number one” mükafatlarının sahibi bəlli oldu

“Number one” mükafatlarının sahibi bəlli oldu

Məkanların birində "Number one" mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək aparıcı Tural Ozana və Sevil-Sevinc bacılarına həvalə olunub. Bir müddətdir sosial şəbəkələrdə aparılan sorğu nəticəsində müəyyənləşən ilin ən yaxşılarının adları açıqlanıb.

Mərasimdə ilk olaraq xalq artisti Faiq Ağayev iki nominasiya üzrə "İlin müğənnisi" və "İlin konserti" mükafatları ilə təltif olunub. Əməkdar artist Elza Seyidcahan, müğənni Xatirə İslam, Rüfət Axundov, Günay İbrahimli, Azəri qızı Günel, Elçin Cəfərov, Elnur, Mətanət Əsədova, Elçin Hüseynov, reper Qurd, dicey Çina, rəqqasə Oksana Rəsulova, Aşıq Namiq, stilist Samiraldo, prodüser Tarix Əliyev (Tolik) və başqaları mükafat alanlar sırasında olub.

Qeyd edək ki, gecə maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə