Prodüser ilk təbriki kimdən aldı?

Bu gün prodüser Kənan Bayramovun doğum günüdür. Xoş gününü SİA ilə bölüşən Kənan bunları deyib: "33 yaşım tamam olur. Bu münasibətlə bir çox dostlarım təbrik edib. Ancaq ilk təbrik mesajı teleaparıcı Samir Bayramlıdan gəlib. Ad günümü təmtəraqlı şəkildə qeyd etməyəcəm. Buna səbəb vaxtımın olmamasıdır. Əgər zamanım çox olsaydı, öncədən plan qurub, dostlarımı başıma yığardım".

Biz də öz növbəmizdə prodüser Kənan Bayramovu doğum günü münasibətilə təbrik edib, uğurlar arzu edirik. Ad gününüz mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə