Flora Kərimova xəbəri təkzib etdi YENİLƏNİB

Flora Kərimova xəbəri təkzib etdi YENİLƏNİB

Deyilənlərə görə, xalq artisti Flora Kərimovanın səhhətində ciddi problem yaranıb və bu səbəbdən xəstəxanaların birində müalicə alır.

Məsələni dəqiqləşdirmək üçün xalq artistinin özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlama verərək xəbərin yalan olduğunu söylədi: "Hazırda evdəyəm. Çörək yeyirəm. Hər şey yaxşıdır. Sadəcə olaraq məni sevməyən insanlar özlərindən sözlər uydururlar. Onu da deyim ki, mən bu dünyanın ətəyindən möhkəm yapışmışam. Ona görə məndən canınızı tez bir zamanda qurtara bilməyəcəksiniz. Yalandan xəstə olmağım haqda gəzən xəbəri xaricdə yaşayan qızım və oğlum eşitsə, çox məyus olarlar".

Bütün xəbərlər Facebook səhifəmizdə