Rəqqasə Fatimə Fətəliyeva bir müddət öncə avtomobilinin yanmasından söz açıb. O, SİA-ya açıqlamasında Allahın onu cəzalandırdığını bildirib: "Maşınım yanan gün imamların üçü idi və mən də tədbirlərin birinə dəvət almışdım. Mütləq sözügedən mərasimə çatıb, rəqsimi nümayiş etdirməli idim. Avtomobilimlə gedən zaman maşın bir anda alovlanmağa başladı və dərhal, özümü itirmədən maşının qapısını açıb düşdüm. Ən əsası isə sənədlərimi və lazımı olan əşyalarımı götürdüm. Avtomobilimi yanan vəziyyətdə qoyaraq mənə kömək edən bir xanımın maşınına əyləşib məclisə çatdım. Onu da deyim ki, sosial şəbəkədə yazırdılar ki, Məhərrəmlikdə rəqs edənin axırı budur. Doğrudur, etiraf edirəm ki, bəlkə də, Allah buna görə məni cəzalandırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB