Daha bir sənətçimizin mahnısı oğurlandı

Daha bir sənətçimizin mahnısı oğurlandı

Meyxana ifaçısı Üzeyir Mehdizadənin "Təki sən xoşbəxt olasan" mahnısını məşhur iranlı sənətçi Pouya Bayati oxuyub. SİA-ya bu haqda danışan təşkilatçı Samir Xəttab bəstənin sənətçinin ifasında sevildiyini söyləyib: "Üzeyir bu kimi hallara qarşı deyil. İndiyə kimi artıq onlarca belə hallarla qarşılaşmışıq. Müxtəlif ölkələrdə sənətçimizin mahnıları oxunub. Onu da deyim ki, hazırda klip təqdimatına hazırlaşırıq. Bu il tamaşaçılara fərqli tərzdə musiqilər təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə