Aktyorlarımız Gürcüstanda silahlı hücuma məruz qaldı FOTOLAR

Aktyorlarımız Gürcüstanda silahlı hücuma məruz qaldı FOTOLAR

Hər bölümdə tamaşaçıların üzündə gülüş doğurmağı bacaran "Bozbash Pictures" serialı bu gün də izləyicilərə təqdim olunacaq. SİA-nın məlumatına görə, sözügedən serialın Gürcüstan bölümünün ikinci hissəsi nümayiş olunacaq. Bu seriyada müğənnilər Rüfət Axundov və İbrahim Borçalı da iştirak edib.

Nəzərinizə çatdıraq ki, maşın biznesinə görə, Gürcüstana üz tutan Şəmi (İlkin Həsəni) və Şöşü macəra dolu anlarla qarşılaşıb. Belə ki, keçən bölümdə müğənni Rüfət Axundov tərəfindən oğurlanan Fəlakətin (Elşən Orucov) başına nələrin gələcəyi, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Şirin (Nicat Rəhimov) və Əzəmətin (Azər Baxşəliyev) səylərinin nə nəticə verəcəyi, silahlı basqının sonunun nə olacağı hər kəs tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, "Bozbash Pictures Gürcüstan" yanvarın 11-i saat 22:00-da ATV telekanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə