Klarnet ifaçısından yenilik

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu klip çəkdirirdi. SİA-nın verdiyi xəbərə görə, sözügedən ekran işi artıq hazırdır. Musiqisi Faiq Sücəddinova aid olan ekran işinin rejissorluğunu Nail Naiboğlu edib.

Nəzərinizə çatdıraq ki, klarnet ifaçısı klipi yaxın günlərdə tamaşaçıların ixtiyarına verəcək.

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu Murad Dadaşovun təqdimatında yayımlanan "Maşın" realiti şousunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə