Bəyimxanım Vəliyevadan xoş xəbər var

Bəyimxanım Vəliyevadan xoş xəbər var

Xanəndə Bəyimxanım Vəliyevanın yaradıcılığında yenilik var. Muğam ifaçısı musiqisi xalq artisti Ramiz Mirişliyə, sözləri Cavidə məxsus olan "Dünya qəmli nağıl imiş" adlı mahnısını repertuarına daxil edib. Bu haqda SİA-ya açıqlama verən ifaçı bu təklifin ona Ramiz Mirişlidən gəldiyini söyləyib: "Çox şadam ki, Ramiz müəllim kimi sənətkar mənim üçün mahnı yazıb və oxumağımı da özü istəyib. Bir çox sənətkarların yaradıcılığında məhz Ramiz Mirişli imzası var. Əsərin musiqisi gözəl olduğu kimi sözləri də qəlbə yatandır. Hər iki müəllifə sonsuz təşəkkür edirəm".

Qeyd edək ki, Bəyimxanım bu il yaradıcılığında bir çox dönüşlər edərək yeni mahnılar yazdırıb ölkənin ən iri konsert salonlarında çıxışlar edəcək. Bəyimxanıma digər ölkələrdən də bir neçə təklif gəlib. Müğənni qərar verdikdən sonra mətbuata geniş açıqlama verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə