Bu gün Məleykə Əsədova üçün ikiqat bayramdır

Bu gün Məleykə Əsədova üçün ikiqat bayramdır

Bu gün xalq artisti Məleykə Əsədova ikiqat sevinir. Belə ki, xalq artisti həm "Aypara və Ulduz" ordenini almağını və bacısı oğlunun toyunu qeyd edir. Bu haqda danışan Məleykə xanım sevincini SİA ilə bölüşüb: "Bu gün mənim üçün çox önəmli və vacib günlərdən biridir. Belə ki, mənim bacım oğlu Murad sevib-seçdiyi xanımla ailə həyatı qurur. Toy paytaxtın məşhur restoranlarından birində baş tutacaq. Allahdan bu gözəl cütlüyə xoşbəxtlik, ailə səadəti arzulayıram. Onu da deyim ki, bu gün həmçinin mən Azərbaycanda ilk dəfə olaraq mədəniyyət xadimləri içərisində "Aypara və Ulduz" ordeni ilə təltif olundum. İnşallah, 2014-cü ilin sonuna qədər bu cür gözəl günlər yaşayaram".

Bütün xəbərlər Facebook səhifəmizdə