Türkiyənin daha bir aktyoru vəfat etdi FOTO

Türkiyənin daha bir aktyoru vəfat etdi FOTO

Türkiyənin daha bir aktyoru Süheyl Eğriboz vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2013-cü ilin noyabr ayında beyin qanaması keçirən aktyorun beyninin sol tərəfi iflic olmuşdu. Uzun müddətdir həkimlərin nəzarətində olan aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Süheyl Eğriboz 1927-ci il aprelin 27-də Balıkesirin Gönen kəndində dünyaya gəlib. Əsasən mənfi obrazları canlandıran aktyor bir çox teatr tamaşalarında, məşhur film və seriallarda rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə