Bu gün əməkdar incəsənət xadimi, nasir, şair, kinodramaturq Baba Vəziroğlunun 60 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, səbəkar bu il də ənənəsinə sadiq qalaraq dostlarını başına yığaraq ad gününü evində qeyd edəcək. B.Vəziroğlu ilk təbriki yaxın dostu, millət vəkili Novruz Aslandan alıb.
Xatırladaq ki, onlarla kitan müəllifi olan B.Vəziroğlunun son illər yaradıcılığı daha çox nəğməli şeirlərə üstünlük verib. 60 yaşlı incəsənət xadiminin bu vaxtadək Kamal, Faiq Sücəddinov, Eldar Mansurov, Elçin İmanov kimi bəstəkarlarla iş birliyi olub.
Qeyd edək ki, Baba Vəziroğlu "Bir yaz axşamı", "Mağazinçi Dadaş", "Səhər qatarı", "Yaddan çıxan görüş", "Ocaq", "Yol", "Dünya dəyməz göz yaşına" kimi povest, hekayə və şeir kitablarının müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB