Ölkənin bir nömrəli stilisti Samiraldo (Samir Əliyev) at ilində hansı rənglərin dəbdə olacağından söz açıb. O SİA-ya açıqlama verərək qadınlara 2014-cü ildə ağ və qara rənglərdən daha çox istifadə etmələrini məsləhət görüb: "Bu il at ili olduğu üçün ağ, qara, göy, yaşıl və narıncı rənglər dəbdə olacaq. Ancaq hazırda qış mövsümünü yaşadığımızı nəzərə alsaq, xanımlarımız ağ və qara rənglərdən istifadə etsələr daha cazibədar görünərlər. Onu da deyim ki, bu il uzun saçlar və tünd rəngli dodaq boyaları dəbdə olacaq. Xüsusi ilə qeyd edim ki, göy rəng hər adama uğur gətirmir".
Qeyd edək ki, Samiraldo yanvar ayının 13-də "İlin stilisti" adına layiq görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB