Şou-biznesin qadın sənətçilərinin keçmişi və bu gün arasında fərq FOTOLAR

Şou-biznesin qadın sənətçilərinin keçmişi və bu gün arasında fərq FOTOLAR

Şou-biznesin keçmişi və indiki dövrü hər zaman insanlarda maraq doğurub. Onların indiki dövrünü və arxivlərini müqayisə etdikdə yer və göy qədər fərq olduğunun şahidi oluruq. Hər kəsə bəllidir ki, bəzi şou-biznes nümayəndəsinin qadın cinsləri ailə qurduqdan sonra daxili və xarici görünüşlərində dəyişikliklər ediblər. Onların bir neçəsini müqayisə edərək şəkilləri ilə birgə SİA oxucularına təqdim edirik:

Əməkdar artist Aygün Bəylər - Ailə qurmadan öncə geyimi ilə oğlana bənzəyirdi. Evləndikdən sonra bər-bəzək əşyalarından istifadə edərək imicində dəyişiklik edib, qadın olduğunu xatırladı.

Müğənni Emma Ələkbərzadə - Gəlinlik kürsüsünə əyləşmədən əvvəl bir çox kompleksləri var idi. Ailə qurduqdan sonra isə özünə yaraşdırmayan burnunu əməliyyat etdirdi.

Müğənni Xuraman Şuşalı - "Gəlinlik geyinmədən öncə qalmaqallar edir, açıq-saçıq paltarlar geyinir, el şənliklərinə gedirdi. Nigah masasına əyləşdikdən sonra isə sənətçi Açıq-saçıq libaslarından imtina edib, başına bağlayaraq namaz qıldı. Hətta kişi olan toylardan belə imtina etdi.

Müğənni Xatirə İslam - Ailə qurmadan əvvəl qalmaqallarla yadda qalan, artıq çəkiyə sahib olan, açıq-saçıq libaslar geyinən Xatirə, evləndikdən sonra arıqlayaraq burnunu əməliyyat etdirdi.

Teleaparıcı Kamilə Babayeva - Nigah masasına oturmadan öncə şıltaq, açıq-saçıq geyimlərə üstünlük verən və arıq xanım idi. Evlənib ana olduqdan sonra kökələrək geyimlərinə diqqət etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə