Teleaparıcı Ramin İbrahimov şəxsi həyatından danışıb. O, SİA-ya açıqlması zamanı hələ də evlənmədiyi haqda sual verən insanlardan bezdiyini söyləyib: "Hələ də ailə həyatı qurmadığım haqda bir çox insanlar maraqlanır və sual verirlər. Artıq bu suallardan bezmişəm. Mənim subay qalmağım barədə maraqlanan insanlara demək istəyirəm ki, hələ ki həyatımda istədiyim kimi xanım yoxdur. Düzdür, 29 yaşım var. Ancaq bu o demek deyil ki, gözümü yumub qarşıma keçən qızla evlənməliyəm. Onu da etiraf edim ki, kimisə sevmişəm. Qarşıma yaxşı qızlar çıxdığı halda lazım olmayan xanıma vurulmuşam. Hər halda, yenə də ümidi itirmirəm. İnşallah Allah mənə daha xeyirlisini nəsib edər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB