Xəbər verdiyimiz kimi, müğənni Mirkamil Kamilov İranda ürəyindən əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, onun bu pis günündə əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyeva tək qoymayıblar. Son zamanlar Aynişanın Mirkamillə birgə görünməsi söz-söhbətə səbəb olub. Belə ki, deyilənlərə görə, Aynişan və Mirkamil İranda nişanlanıblar. Bütün bu olanlara əməkdar artist Aybəniz Haşımova münasibət bildirib: "Mən kiminsə balasının dar günündə dalınca qaçıramsa, bu mənim insanlara, yaxınlarıma olan məhəbbətim, sədaqətimdir. Bunu bizdən Allah istəyir və mən də belə olmağa çalışıram. Mənim övladımın nişanını da, toyunu da inşallah görəcəksiniz. Hər şeyin vaxtı, qisməti, zamanı var. Olmayan sözləri düzəldib, qoşub, yaymaq lazım deyil. Qızımın qismətinin kim olacağını yalnız Allah bilir. Qoy Allah da hamının balasını qorusun. İnşallah Aynişanın nişan, toy xəbərini özüm deyəcəm. Saxta məlumat yayanlara isə demək istəyirəm ki, bilmədiyinizi nə danışın, nə də yazın! Qələm çəkən biz deyilik, Allahdır".


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB