Xanəndə Könül Xasıyeva estrada janrından muğama üz tutan sənətçilərdən söz açıb. Könül xanım gənc ifaçıların muğam oxumaqlarının tərəfdarı olduğunu dilə gətirib. Bu haqda SİA-ya xanəndənin özü danışıb: "Estrada janrında gözəl oxuyan müğənnilərimiz var. Onlardan Flora Kərimovanın, Akif İslamzadənin, Oqtay Ağayevin adını çəkə bilərəm. Onu da deyim ki, hansı bəstəni oxuyuruqsa kökümüz, ürəyimiz muğamdır. Bütün janrlarımız gözəldir. Ancaq muğam şahımızdır. Xüsusilə qeyd edim ki, gənc nəslin nümayəndələri muğamı bilsələr estrada mahnılarını da səliqəli şəkildə tamaşaçılara, xalqa çatdırarlar. Bir sözlə estrada janrından muğama üz tutan gənc müğənniləri dəstəkləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB