Natəvan Həbibi təklif gözləyir

Müğənni Natəvan Həbibi yenidən filmə çəkilmək arzusundadır. Bu haqda SİA-ya danışan sənətçi filmə dəvət alsa, böyük məmnuniyyətlə qəbul edəcəyini bildirib: "Bildiyimə görə, İzzət Bağırov yeni film çəkəcək. Ona işlərində uğurlar arzulayıram. Hələlik İzzətdən elə bir təklif almamışam. Ancaq istərdim ki, "Ayrılıq imiş" filminin davamı və ya başqa bir film çəksin. Çünki bu, İzzətdə çox yaxşı alınır. Əgər İzzət mənə öz filmində rol təklif etsə, məmnuniyyətlə razılaşaram".

Qeyd edək ki, Natəvan Həbibi və İzzət Bağırov birgə 2008-ci ildə "Ayrılıq imiş" filmində rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə